Türkiyə Qəzza zolağında səhra xəstəxanası AÇACAQ

 19:48 15.11.2023     418

Yaxın vaxtlarda Qəzza zolağında Türkiyə səhra xəstəxanası yerləşdiriləcək. 

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Koca “TRT Haber” telekanalına istinadən məlumat verib.

“Biz Qəzzada səhra xəstəxanası yaratmaq istəyirik ”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, ağır xəstələr, xüsusilə də xərçəng xəstələri Rəfah keçid məntəqəsindən keçərək anklavdan çıxarılacaq və müalicə üçün Misir vasitəsilə Türkiyəyə aparılacaq.

Yusif EYVAZLI