Braziliyada rekord istilik qeydə alındı - 58 DƏRƏCƏ
Noyabrın 14-də Rio-de-Janeyroda rekord istilik hiss olunub. Temperaturun 39 dərəcə Selsi olmasına baxmayaraq, sakinlər onun 58,5 dərəcə Selsi olduğunu hiss ediblər ki, bu da Braziliyada aparılan hava müşahidələrində bir növ rekorda çevrilib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə şəhərin hava xəbərdarlığı sistemi Rio Alerta məlumat yayıb.
Məlumata görə, bu rəqəm temperaturun mütləq dəyərini deyil, "nəcə hiss etdiyini" əks etdirir. Agentlik bu göstəricini 2014-cü ildən qeyd edir və dünənki dəyər ölçmələrin əvvəlindən rekord həddə çatıb. Əvvəlki maksimum 58,3 dərəcə selsi 2023-cü il fevralın 17-də təyin edilib.
Yusif EYVAZLI