Banqladeşdə denge qızdırmasından ölənlərin SAYI

 23:11 15.11.2023     238

Banqladeşdə bu il ən azı 1520 nəfər Denge qızdırmasından ölüb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsinin məlumatında deyilib.

Son 24 saat ərzində 24 nəfər ölüb, qurbanların ümumi sayı 1,5 mini ötüb.Bu günə qədər müəyyən edilmiş denge infeksiyası hallarının ümumi sayı 296 min nəfərdir.Hər iki rəqəm ölkə üçün mütləq rekorddur. Əvvəlki rekord 101,000 təsdiqlənmiş hadisə 2019-cu ildə qeydə alınıb və əvvəlki ən yüksək ölüm sayı keçən il, 281 ölümlə olub.

Yusif EYVAZLI