Vaşinqtonda etiraz aksiyası zamanı 6 polis əməkdaşı yaralandı
ABŞ-ın Vaşinqton ştatında etirazçıların Yaxın Şərqdə atəşkəs tələb etdiyi etiraz aksiyası zamanı 6 polis əməkdaşı yaralanıb.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları kiçik kəsiklərdən tutmuş bibər qazı və yumruqlardan yanıqlara qədər xəsarətlər alıblar.
Ümumilikdə aksiyalarda 150-yə yaxın adam iştirak edib, on nəfərə yaxını saxlanılıb.
Bundan əvvəl, noyabrın 14-də San-Fransiskoda (Kaliforniya) da Fələstinə dəstək nümayişi keçirilib.
Eyni zamanda Vaşinqtonda İsrailə dəstək üçün də minlərlə adam yürüş keçirib.
Həmidə İBRAHİMLİ