İsrail prezidenti Qəzzada baş verən ölümlərdən təəssüfləndiyini bildirib
İsrail prezidenti İsaak Hersoq “Financial Times” qəzetinə müsahibəsində Qəzzada ölənlərdən təəssüfləndiyini, lakin xalqının müdafiəsini öz prioriteti hesab etdiyini bildirib.
Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir.
"Mən fələstinlilərin ölümləri ilə maraqlanıram... Bu, ürəyimi parçalayır. Amma mən həmişə xatırlayıram ki, ilk növbədə xalqımızı qorumaq üçün təhlükəsizliyi təmin etməliyəm",- deyə o qeyd edib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağında xəstəxana binaları yaxınlığında əməliyyatları son dərəcə ehtiyatla aparır və anklavda mülki əhalinin müdafiəsini təmin etməyə çalışır.
Həmidə İBRAHİMLİ