"ABŞ Çinlə rəqabəti davam etdirəcək" - Bayden
ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpin ilə görüşdən sonra liderlərin düzgün istiqamətdə “maddi addımlar” atdıqlarını söyləyib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Pezidenti "X" (keçmiş Twitter) sosial şəbəkəsində qeyd edib.
"Bu gün Prezident Si Cinpin və mən düzgün istiqamətdə nəzərəçarpacaq addımlar atdıq və bütün müddət ərzində irəli sürdüyüm arqumentlər qüvvədə qalır".
Amerika lideri ABŞ-ın Çinlə rəqabət aparacağını və milli təhlükəsizlik maraqlarını müdafiə etməyə davam edəcəyini vurğulayıb.
NƏRGİZ