"ABŞ Çini cilovlamaq kursunu davam etdirsə, o zaman..." - Çin rəsmisi TƏHDİD ETDİ
Çin və ABŞ sabit ikitərəfli münasibətlər qurmaq niyyətindədir, Çinin isə Vaşinqtonun hörmət etməli olduğu qırmızı xətləri var.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi San-Fransiskoda APEC sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Çinin qanuni maraqları və müdafiə edilməli olan prinsipial mövqeləri var. Bundan əlavə, qətiyyətlə müdafiə edilməli olan qırmızı xətlər var”.
O xatırladıb ki, Tayvan məsələsi həmişə Çin-ABŞ münasibətlərində ən mühüm və həssas məsələ olub. Onun sözlərinə görə, ABŞ Çini cilovlamaq kursunu davam etdirsə, o zaman Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcək.
NƏRGİZ