"Şimali Koreya ABŞ-a daha aqressiv cavab verəcək"
Şimali Koreya ABŞ-a daha aqressiv, o cümlədən hərbi əməliyyatlarla cavab verəcəyini vəd edib.
Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, Şimali Koreya ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələrinin Cənubi Koreyaya son səfərinə görə ABŞ-a daha aqressiv cavab verəcəyini vəd edib.
Şimali Koreyanın müdafiə nazirliyinin sözçüsü bəyanatında bildirib ki, KXDR silahlı qüvvələri daha hücum xarakterli, böyük əks-tədbirlər və görünən hərbi əməliyyatlar vasitəsilə milli təhlükəsizliyinə və maraqlarına qarşı bütün təhdidləri ciddi şəkildə nəzarətdə saxlayacaq və onlarla mübarizə aparacaq.
Şimali Koreya nazirliyi ABŞ-ın müdafiə naziri Lloyd Ostinin bu həftə Seula səfərinə işarə edərək, ABŞ-ın regionda gərginliyi artırdığını da qeyd edib.
Həmidə İBRAHİMLİ