"ABŞ İsrailə bu son cinayəti törətmək üçün yaşıl işıq yandırdı”

 11:15 16.11.2023     247

Amerika-İslam Əlaqələri Şurası (CAIR) İsrailin Qəzza zolağındakı Əl-Şifa xəstəxanasına hücumunu pisləyib və ABŞ prezidenti Co Bayden və administrasiyasının İsrailə hücum üçün yaşıl işıq yandırdığını bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunmuş məlumatda deyilir.

CAIR-in qənaətincə, mühasirədə olan xəstəxanaya hücumla İsrail hökuməti "Bayden administrasiyasının İsrailin baş naziri Benyamin Netanyahuya kart-blanş verməyə davam etdiyi müddətdə" törədəcəyi insan haqları pozuntularının heç bir həddi olmadığını göstərib.

“Hökumətimiz bəyanatları və hərəkətlərilə İsrail hökumətinə bəşəriyyətə qarşı bu son cinayəti törətmək üçün yaşıl işıq yandırdı”, - deyən rejissor İbrahim Huper ABŞ liderlərini İsrail hökumətinə dəstəyini dayandırmağa və Qəzza zolağında dərhal atəşkəs tələb etməyə çağırıb. 

Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ Əl-Şifa xəstəxanasının Fələstin HƏMAS hərəkatı və İslami Cihad qruplaşması üçün əlaqə və nəzarət nöqtəsi olduğuna dair kəşfiyyat məlumatlarına malikdir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, HƏMAS və İslami Cihad Fələstin anklavındakı xəstəxanalardan hücumlarını dəstəkləmək və girovları saxlamaq üçün istifadə edir.

NƏRGİZ