İsrail Qəzzaya yardımın dəniz yolu ilə çatdırılması üçün Kiprlə danışıqlar aparır

 11:40 16.11.2023     257

İsrail dəniz yolu ilə Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı Kipr hakimiyyəti ilə danışıqlar aparır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Financial Times qəzetinə müsahibəsində Yəhudi Dövlətinin prezidenti İsaak Hersoq deyib.

“Hazırda bu məsələ ilə bağlı Kipr hökuməti ilə ciddi danışıqlar aparılır. İsrail anklava daha çox humanitar yardımın gəlməsini təmin etməyə çalışır.

Düzdür, Qəzzada çox çətin vəziyyətdə olan ərazilər var. Bu, müharibə zonası olduğu üçün baş verib. Lakin biz çalışırıq", - yəhudi dövlətinin prezidenti əlavə edib.

NƏRGİZ