İran 3 atom bombası əldə edə bilər – MAQATE
İran üç atom bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatına malikdir.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatında bildirilib.
“İranda 60 faizə qədər zənginləşdirilmiş kifayət qədər uran var və onun köməyi ilə üç atom bombası yaratmaq mümkündür. İran tərəfi agentliyin işinə maneçilik törədir, Tehran Atom Enerjisi Agentliyinin mütəxəssislərinə yeni monitorinq avadanlığının quraşdırılmasına imkan vermir və bəyan olunmamış iki sahədə uran hissəciklərinin olmasını izah etməkdən imtina edir”, - agentliyin hesabatında bildirilib.