Yerusəlimdə silahlı insident oldu, 6 nəfər yaralandı

 14:14 16.11.2023     246

Yerusəlim (Qüds) yaxınlığında keçid məntəqəsində silahlı hücum olub.

Redaktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, Yerusəlimdə (Qüds) keçid məntəqəsində tuneldə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağır, digər beş nəfərin vəziyyəti isə orta ağırdır.

Şəhərin bölgə komandiri Doron Turgeman jurnalistlərə açıqlamasında bildirib ki, hücumu təşkil edən 3 terrorçu Hevron şəhərinin sakinləridir.