Şahramanyan 44 günlük müharibə ilə bağlı araşdırma komissiyasının suallarını cavablandıracaq
Qarabağda qondarma rejimin "prezident"i olmuş Samvel Şahramanyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə müvəqqəti parlament komissiyasının rəhbəri Andranik Köçəryanın təklifini qəbul edib və ölkənin qanunverici orqanı qarşısına çıxmağa razılaşıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.
Bundan əvvəl komissiyanın Şahramanyanı dinləmək istədiyi məlum olub və ona məktub göndərib.
Nəşrin məlumatına görə, Şahramanyan əvvəllər Andranik Köçəryanın onun haqqında nalayiq və hətta təhqiramiz ifadələr işlətdiyini nəzərə alaraq dəvəti qəbul etməmək qərarına gəlib, lakin sonradan fikrini dəyişib.
“Lakin mən işin açılmasına önəm verərək noyabrın 24-də istintaq komissiyası qarşısına çıxmaq və 44 günlük müharibə ilə bağlı bütün məlumatları tam təqdim etmək qərarına gəldim”, – qəzet yazır.
44 günlük müharibə zamanı Şahramanyan hərbi-vətənpərvərlik təhsili, gənclər, idman və turizm naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, qondarma rejimin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan komissiyanın iclasında iki dəfə iştirak edib. Bundan əvvəl görüşlərdə keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, ER Baş Qərargahının keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Bəzi digər keçmiş məmurlar dəvəti rədd ediblər. Xüsusilə keçmiş xarici işlər naziri Vardan Oskanyan, Baş Qərargahın keçmiş rəisi Movses Akopyan və Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan komissiyanın suallarına cavab vermək istəməyiblər.
NƏRGİZ