Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə abidə QOYULDU

 19:23 16.11.2023     274

Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojinin biznes təyyarəsinin qəzaya uğradığı yerdə xatirəsinə ucaldılmış abidə qoyulub.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, hazırda təyyarənin qalıqlarının tapıldığı sahədə daş formasında abidə ucaldılıb. Orada təyyarə qəzası nəticəsində həlak olan Vaqner PMC nümayəndələrinin adlarının qeyd olunduğu məlumat lövhəsi də yerləşdirilib.

Yusif EYVAZLI