Estoniyadan Rusiya sərhədlərinin bağlanması ilə bağlı QƏRAR
Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə keçid məntəqələrinin qismən və ya tamamilə bağlanmasına icazə verir.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Estoniya sərhəd xidmətinin rəhbəri Veyko Kommusaar bildirib.
Onun sözlərinə görə, Estoniya vasitəsilə Avropa İttifaqına daxil olmaq yalnız qanuni əsasları olanlar üçün mümkündür.
“Biz vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə, istənilən qanunsuz miqrasiyanın qarşısını almağa hazırıq. Sərhəddəki vəziyyətdən asılı olaraq, bu, keçid məntəqələrinin qismən və ya tam bağlanması demək ola bilər”, - Komsusaar bildirib.
Yusif EYVAZLI