BMT-dən Qəzzada aclıq barədə XƏBƏRDARLIQ
Münaqişə başlayandan bəri ehtiyac duyulan qidanın yalnız 10%-i Qəzzaya çatıb və sektor hazırda böyük ərzaq qıtlığı və geniş yayılmış aclıqla üzləşib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edib.
"Qəzza zolağında demək olar ki, heç bir qida və ya su təchizatı yoxdur və ehtiyac duyulan şeylərin çoxu sərhədləri keçib gedir. Qışın sürətlə yaxınlaşması, sığınacaqların təhlükəli və izdihamlı olması və təmiz su çatışmazlığı ilə mülki əhali geniş miqyaslı aclıq təhlükəsi ilə üzləşir." , - Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn bildirib.
Yusif EYVAZLI