Qəzzada ölənlərin sayı kəskin artdı

 09:37 17.11.2023     234

Oktyabrın 7-dən bəri İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 11470 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, məlumat toplayan Fələstin anklavının səhiyyə sisteminin dağılması səbəbindən bir neçə gündür ki, ölənlərin sayı yenilənmirdi.

Noyabrın 12-də Fələstin Səhiyyə Nazirliyi İsrailin bombardmanları qurbanlarının sayının 4609-u uşaq olmaqla 11180 nəfər olduğunu bildirib. İdarənin məlumatına görə, 28,2 minə yaxın insan xəsarət alıb.

İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı rəsmi olaraq 1200 nəfərdən çoxdur.

Həmidə İBRAHİMLİ