Bu mətbu orqana Qəzzada baş verənləri işıqlandırmaq QADAĞAN EDİLDİ

 09:46 17.11.2023     238

İsrailin hərəkətlərini kəskin tənqid edən açıq məktubu imzalayan Amerikanın böyük qəzeti Los Angeles Times (LA Times) jurnalistləri ən azı üç ay müddətinə Qəzza zolağında münaqişəni işıqlandırmaqdan kənarlaşdırılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, noyabrın əvvəlində qəzetin 10-a yaxın jurnalisti Qəzzanın bombalanmasını və jurnalistlərin ölümünü pisləyən açıq məktub imzalayıb. Noyabrın 9-dan etibarən məktub bütün dünyada 1,2 minə yaxın keçmiş və indiki media işçisi tərəfindən imzalanıb.

Humay İSGƏNDƏRLİ