Bu ölkə Qəzzada dinc insanların həlak olmasını pisləyir
Hindistanın baş naziri Narendra Modi Yaxın Şərqdəki münaqişədə dinc əhalinin ölümünü pisləyib və qlobal Cənub ölkələrini ümumi rifah naminə birləşməyə çağırıb.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, Hindistan hökumətinin başçısı bu barədə Nyu Dehli tərəfindən onlayn keçirilən "Qlobal Cənubun Səsi" sammitinin açılışında bildirib.
"Biz hamımız görürük ki, Qərbi Asiya regionunda baş verən hadisələr nəticəsində yeni problemlər yaranır. Hindistan oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktını pisləyib. Biz də təmkinli davranırıq, dialoq və diplomatiyaya önəm vermişik. Biz həmçinin, İsraildəki ölümləri də şiddətlə qınayırıq. Fələstin prezidenti Mahmud Abbasla danışdıqdan sonra biz də Fələstin xalqına humanitar yardım göndərmişik”, - deyə o bildirib.
Həmidə İBRAHİMLİ