İran Fələstin-İsrail münaqişəsinin qızışmasını istəmir
İran hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ı məlumatlandırıb ki, onlar Fələstin-İsrail münaqişəsinin qızışmasını istəmirlər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
“ABŞ-a cavab olaraq bildirdik ki, İran müharibənin yayılmasını istəmir, lakin ABŞ və İsrailin bölgədə tutduğu yanaşmaya görə, Qəzza və İordan çayının qərb sahili sakinlərinə qarşı cinayətlər dayanmasa, daha geniş münaqişə qaçınılmaz ola bilər”, - deyə Abdullahian vurğulayıb.
Humay İSGƏNDƏRLİ