ABŞ-ın xüsusi prokuroru Baydenə heç bir ittiham irəli sürməyəcək
ABŞ-ın xüsusi prokuroru Robert Hur Co Baydenin vitse-prezidentliyi dövründə onun məxfi sənədləri düzgün saxlamaması ilə bağlı heç bir ittiham irəli sürməyəcək.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə CNN CNN mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hüquq qrupu bir ilə yaxın davam edən istintaqla bağlı ətraflı hesabat hazırlayır. 2023-cü ilin sonundan əvvəl və ya daha sonra açıqlana biləcək hesabatda əsas tapıntılar və təfərrüatlarla yanaşı, Bayden və onun administrasiyasının üzvlərinin tənqidi də yer alacaq.
Humay İSGƏNDƏRLİ