İsrail hərbçiləri heç kimə "Əl-Şifa" xəstəxanasını tərk etməyə icazə vermir
İsrail hərbçiləri Qəzza zolağının şimalında "Əl-Şifa" tibb kompleksinə aid ən azı üç binanı dağıdıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri heç kimin tibb müəssisəsinin binasını və ona bitişik binaları tərk etməsinə icazə vermir, baxmayaraq ki, onlar, "Əl-Şifa"da blokadaya alınanlar arasında yaraqlıların olmadığını çox gözəl bilirlər. Xəstəxanadan çıxmaq istəyən hər kəs dərhal saxlanılır və İsrail hərbçiləri mütəmadi olaraq axtarışlar və sorğu-suallar aparır.
Heç bir beynəlxalq təşkilat, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi hələ də tibb kompleksinin ərazisinə buraxılmayıb. Kanal xəbərdarlıq edir ki, "əl-Şifa"da tələyə düşən hər kəs su, qida və dərman əldə etməkdən məhrum olduqları üçün ölümcül təhlükə ilə üzləşir.
NƏRGİZ