"ABŞ Çinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir" - Rəsmi Pekin

 12:54 17.11.2023     253

Birləşmiş Ştatlar Tayvanı silahlandırmaqdan və Çinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin keçirdiyi brifinqdə deyib.

"Tayvan məsələsi həmişə Çin-Amerika münasibətlərində ən vacib və həssas məsələ olub. ABŞ Tayvanı silahlandırmağı, Çinin daxili işlərinə qarışmağı dayandırmalı və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir”.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ prezidenti Co Bayden noyabrın 15-də keçirilən iclasda Vaşinqtonun Tayvana silah tədarükünü davam etdirmək niyyəti barədə Çin prezidenti Si Cinpini xəbərdar edib. Kirbi qeyd edib ki, silah tədarükünün davam etməsi ABŞ-ın Tayvanı özünümüdafiə imkanları ilə təmin etmək istəyi ilə bağlıdır.

NƏRGİZ