Ukrayna Moldova dilində dərsliklərin çapını dayandırdı
Ukraynanın Təhsil və Elm Nazirliyi Rumıniyanın narazılığına görə Moldova dilində dərsliklərin çapını dayandırıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə departament öz saytında məlumat yayıb.
“Bu gün nazirlik bu dərsliklərin hər hansı əlavə çapını dayandırıb, həmçinin əvvəllər çap olunan nüsxələrin rumın dilində olan dərsliklərlə əvəzlənməsi mexanizmini hazırlayır”, - deyə məlumatda bildirilir.
Təhsil və Elm Nazirliyi Ukraynada “moldovan dili” anlayışının “rumın dili” ilə əvəz edildiyini və bütün rəsmi qərarların və sənədlərin dəyişikliklər nəzərə alınmaqla hazırlanacağını qeyd edib.
Nazirlik izah edib ki, Moldova dili üzrə dərsliklərin çapı 2023-cü ilin mayında təsdiqlənib, əsas nəşr isə yayda buraxılıb. O zaman Moldova dilindən istifadə etməmək qərarı hələ verilməmişdi.
Bundan əvvəl Moldova prezidenti Maya Sandu Ukrayna hakimiyyətinin Moldova dilinin rumın dili hesab edilməsi qərarını alqışlamışdı. Onun sözlərinə görə, belə bir addım Ukrayna, Moldova və Rumıniyanın birliyini gücləndirir.
NƏRGİZ