İsrail ordusu Livandakı Hizbullah hədəflərinə yeni zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı şiə Hizbullah hərəkatının hərbi hədəflərinə qarşı yeni cavab zərbələri endirib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
"Bu yaxınlarda qırıcı təyyarələr Livanda bir sıra Hizbullah terrorçu hədəflərinə hücum edib. Hücum edilən hədəflər arasında infrastruktur, silah anbarı və hərbi bina var", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, İsrail hərbçiləri “Livanda aşkar edilən terrorçu hüceyrəyə” hücum edib. “Malki və Menar (İsrailin şimalında) istiqamətində də bir sıra atışlar qeydə alınıb, İDF atəşin aparıldığı yerlərə hücum edir”, - mətbuat xidməti bildirib.
NƏRGİZ