"Ukraynadan münaqişənin Belarusa keçməməsi üçün böyük səylər lazımdır" - Lukaşenko

 17:35 17.11.2023     295

Ukraynadan hərbi əməliyyatların Belarus ərazisinə keçməsinin qarşısını almaq üçün böyük səylər lazımdır.

Redaktor.az "Belta"ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Mən sülhsevər insanam və müharibənin baş verməməsi üçün hər şeyi edəcəyəm. Bu, bizim üçün çox vacibdir. Bilirsiniz ki,  müharibə hasarın arxasında gedir. Onun burada sərhədi keçməməsini təmin etmək məndən çox səylər tələb edir”, - Lukaşenko deyib.

NƏRGİZ