Daha bir ölkə Rusiya ilə bütün sərhədi bağlamağı DÜŞÜNÜR
Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanması üçün layihə hazırlayır, lakin hələlik buna ehtiyac görmürlər.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
Hökumət Finlandiyaya sığınacaq axtaranların marşrutunun dəyişəcəyi və onların sayının artacağı təqdirdə müvəqqəti tədbir kimi bütün sərhədi bağlamağı nəzərdən keçirir. Bununla belə, hazırda bütün sərhədin bağlanmasına ehtiyac yoxdur.
Yusif EYVAZLI