Özbəkistanda Müdafiə Nazirliyinin helikopteri qəzaya UĞRADI
Özbəkistan Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopterinin təlim uçuşu zamanı qəzaya uğraması barədə məlumat yayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə idarənin Telegram kanalında dərc olunan məlumatda deyilib.
Uçuşun Kattakurqan poliqonunda baş verdiyi bildirilir. Hadisə nəticəsində helikopterin bütün heyəti həlak olub. Hazırda ekspertlər qəzanın səbəblərini araşdırır.
“Həlak olan hərbçilərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - bəyanatda deyilir.
Yusif EYVAZLI