Dünya Bankı Ukraynaya 1,1 milyard dollar verəcək

 23:38 17.11.2023     252

Dünya Bankı Kiyevə sosial ödənişlər üçün istifadə olunacaq 1,1 milyard dollarlıq kredit vermək niyyətindədir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün Telegram kanalında bildirib.

“Ukrayna tərəfdaşlarından pul cəlb etməkdə davam edir. Dünya Bankından 1,1 milyard dollara yaxın kredit veriləcək. Biz onlardan sosial ödənişlər, təhsil, tibb və digər prioritet ehtiyaclar üçün istifadə edəcəyik”, - deyə məlumatda bildirilib.

Yusif EYVAZLI