Papa Yaxın Şərqdə girovlar və qurbanların qohumları ilə görüşəcək
Noyabrın 22-də Roma Papası Fransisk girov götürülən israillilərin yaxınları, həmçinin Qəzza zolağından olan fələstinlilərin qohumları ilə görüşəcək.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
“Təsdiq edə bilərəm ki, noyabrın 22-də səhər saatlarında Papa Fransisk Qəzzada girov götürülmüş israillilərin bir qrup qohumu və münaqişədən əziyyət çəkən fələstinlilərin bir qrup qohumu ilə ayrıca görüşəcək. Fransisk hər bir insanın əzabına mənəvi yaxınlığını göstərmək istəyir”, - Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlamasında bildirib.
Yusif EYVAZLI