İsrail girovlarla bağlı HƏMAS-ın bu təklifini rədd etdi

 11:26 18.11.2023     227

İsrail girovları azad etmək üçün Fələstinin HƏMAS hərəkatı ilə 50/50 nisbətində razılaşmanı rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” nəşri məlumat yayıb .

Jurnalistlərin aydınlaşdırdığı kimi, İsrail qadınların uşaqlarından ayrılmamasını tələb edib. İsrail tərəfinin nümayəndələri 70 israilli girovun azad ediləcəyi təqdirdə sövdələşməni nəzərdən keçirməyə hazır olduqlarına aydınlıq gətirib.

Daha əvvəl bildirilmişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu 71 nəfərin azad edilməsini və hərbi əməliyyatların beş günlük dayandırılmasını nəzərdə tutan sazişi qəbul etməyib. İsrail tərəfi hücumu dayandırmağa hazır deyil.

HƏMAS daha əvvəl azı 50 girovu azad etmək üçün razılığını bildirmişdi.