Türkiyənin “Pegasus” aviaşirkəti 82 reysi ləğv etdi

 14:28 18.11.2023     313

Türkiyənin “Pegasus” aviaşirkəti 82 reysi ləğv edib.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, reyslərdən 44-ü bu gün, 38-i sabah üçün nəzərdə tutulub.

Qərara səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.

Ləğv olunan reyslərin sayının artacağı istisna edilmir.

Xatırladaq ki, dünən, noyabrın 17-də Türk Hava Yolları da eyni səbəbdən 40 reysi ləğv etmişdi.