Türkiyə Qəzzada başqa həll yollarına müraciət edə bilər - Hakan Fidan
“Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Biz indi Qəzzanın blokadasını yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik. Əgər bu üsullar işə yaramırsa, başqa yollar da var ”-deyə, o vurğulayıb.