Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib - Türkiyə MN
Suriyanın şimalında – “Zeytun budağı” əməliyyatı bölgəsində hücum hazırlığı gördüyünü müəyyən edilən PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəhrəman Mehmetçik Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir. “Zeytun budağı” bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən 4 PKK/YPG terrorçusu xain məqsədlərinə çatmamış zərərsizləşdirilib”, – müdafiə qurumunun mətbuat xidməti diqqətə çatdırıb.