Finlandiya Rusiya ilə sərhəddə hasar çəkilişini sürətləndirdi
Finlandiyada Rusiya ilə sərhəddə müvəqqəti hasarların tikintisini sürətləndirərək bu işə hərbçiləri də cəlb edib.
Redaktor.az xəbər verir ki, silahlı qüvvələr sərhədçilərə tikinti işində yardım edir.
Vartius sərhəd-keçid məntəqəsinin rəisi, kapitan Couko Kinnunen bildirib şlaqbaumların bilavasitə yaxınlığında mühafizə strukturları, yəni dövlət sərhədində maneələr tikilir. Bu, sərhəd-keçid məntəqəsinin fəaliyyətini təmin etmək üçündür.
Bundan əvvəl Finlandiya Rusiya ilə sərhəddə 4 keçid məntəqəsini bağlamaq qərarına gəlib. Bu, sığınacaq istəyən qaçqınların çoxluğu ilə izah edilir (report).