Qəzza zolağında 13 mindən çox insan həlak olub

 22:32 19.11.2023     236

Fələstin-İsrail müharibəsi başlayandan Qəzza zolağının 13 mindən çox sakini həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ölənlərin sayı 13 mini keçib, onlardan 5500-ü uşaq, 3500 qadındır. Tibb işçiləri arasında qurbanların sayı 201-ə, mülki müdafiə nümayəndələri arasında 22, jurnalistlər arasında ölənlərin sayı 60-a çatıb. ”, - deyə mətbuat xidmətinin "Facebook" səhifəsində bildirilib.

Qəzza zolağı hökuməti həmçinin bildirib ki, münaqişənin son eskalasiyası başlayandan bəri anklavın 30 mindən çox sakini yaralanıb, onların 75%-i uşaq və qadınlardır. Bundan əlavə, itkin düşənlərin sayı 6000-i keçib (apa).