HƏMAS 150-yə yaxın fələstinli uşaq və qadının azad edilməsini tələb edir
İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarda irəliləyiş əldə edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, HƏMAS ilə təmasda olan qətərli vasitəçilər bildiriblər ki, HƏMAS ilkin olaraq 50 qadın və uşaqdan ibarət qrupu azad etməyə hazırdır ki, bunun müqabilində 4-5 günlük hərbi əməliyyatlara fasilə verilməsi, 150-yə yaxın fələstinli uşaq və qadının azad edilməsini istəyir. Eyni zamanda, HƏMAS nümayəndələri izah ediblər ki, İsrail ərazisindən oğurlanan bütün uşaqların və onların analarının harada olduğunu bilmirlər.
Humay İSGƏNDƏRLİ