Apteklər bu dərmanların satışından imtina etməyə başladı
Rusiya aptekləri psixotrop dərmanların satışından imtina etməyə başladılar.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya apteklərində subyekt-kəmiyyət uçotuna məruz qalan güclü psixotrop dərmanların sayı azalmağa başlayıb.
Xüsusilə, həm xarici, həm də rusiyalı epilepsiyaya qarşı trankvilizatorlar və dərmanlar tapmaq çətinləşib. Həm kiçik şəhərlərdə, həm də paytaxtda həyati əhəmiyyətli dərmanlar siyahısına daxil olan dərman qıtlığı müşahidə olunur.
Humay İSGƏNDƏRLİ