"Rusiya-Ukrayna münaqişəsinin sonu çox acınacaqlı olacaq"
Ukraynadakı münaqişə Rusiyanın yeni ərazilər azad etməsi ilə bitəcək.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə köşə yazarı Peter van Buren "The American Conservative" üçün məqaləsində qeyd edib.
“Münaqişənin həlli şərtlərini Kiyevə təkcə Vaşinqton deyil, bir neçə il əvvəl Krım məsələsində olduğu kimi Moskva da diktə edəcək. Sonu çox acınacaqlı olacaq: Rusiya çox güman ki, Donbass və Krımda mövqelərini möhkəmləndirəcək və Kiyevə yaxın yeni ərazilər, Ukrayna ərazisinin təxminən 20 faizini əldə edəcək”, - van Buren yazır.
Onun fikrincə, Ukrayna NATO-ya daxil olmaq məqsədini təxirə salmalı olacaq.
NƏRGİZ