İndoneziya xəstəxanasına hücum nəticəsində ölənlərin sayı artır

 11:45 20.11.2023     214

İsrailin artilleriyasının Qəzza zolağının şimalında İndoneziya xəstəxanasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

"İsrail tankları xəstəxananı mühasirəyə alır və binanı atəşə tutur, bundan əlavə tibb müəssisəsinin ərazisi atıcı silahlardan atəşə tutulur, qonşu evlərin damlarında snayper atəşi üçün məntəqələr təchiz edilib. Əməliyyat şöbəsi mərmilərdən tamamilə dağılıb, çoxlu xəstələr və tibb müəssisəsinin əməkdaşları yaralanıb", - məlumatda qeyd olunur.

Bundan əvvəl İsrail əsgərlərinin İndoneziya xəstəxanasını intensiv artilleriya atəşinə tutduğu bildirilmişdi. Tibb müəssisəsini elektrik enerjisi ilə təmin edən bütün elektrik generatorları sıradan çıxıb. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü "Əl-Cəzirə" telekanalına bildirib ki, "İndoneziya xəstəxanasında vəziyyət fəlakətlidir".

Bildirək ki, hazırda İndoneziya xəstəxanasında 700-ə yaxın xəstə və həkim heyəti, həmçinin oraya sığınmış qaçqınlar da var.

NƏRGİZ