Rusiya-Gürcüstan sərhədi bu səbəbdən bağlandı
Əlverişsiz hava şəraiti ilə bağlı Rusiya-Gürcüstan sərhədi bağlanıb. Gürcüstan Hərbi Magistral yolunda 700-dən çox avtomobil Rusiyadan Gürcüstana keçmək üçün gözləyir.
Redaktor.az TASS-a istinadən bildirir ki, bu barədə Şimali Osetiya Dövlət Yol Müfəttişliyi xəbər verib.
“Ümumilikdə növbədə 600-dən çox ağır yük maşını və 100 sərnişin daşıyan avtomobil var”, - bildirilib.
Noyabrın 19-dan hava şəraitinin pisləşməsi ilə əlaqədar yol bütün nəqliyyat növlərinin hərəkəti üçün bağlanıb.
Gürcüstan Hərbi Yolu Rusiyanı Gürcüstan və Trans Qafqazla birləşdirən Baş Qafqaz silsiləsi ilə Vladiqafqazdan Tbilisiyə aparır. "Verxniy Lars" keçid məntəqəsi Gürcüstan-Rusiya sərhədində yeganə gömrük məntəqəsidir.
NƏRGİZ