Paşinyana etimadsızlıqla bağlı bir qrup fəal parlamentə müraciət edəcək

 17:17 20.11.2023     255

Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıqla bağlı bir qrup fəal parlamentə müraciət edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, bu, “Birgə” hərəkatının üzvlərinin təşəbbüsü ilə baş tutacaq. Onlar N.Paşinyanı satqınlıqda ittiham edirlər.

Təşəbbüsçülər artıq vətəndaşlara müraciət edib və onları mitinqə çağırıblar.

Noyabrın 23-də baş nazirə etimadsızlıqla bağlı ictimai sorğu keçiriləcək.