İsrailin bundan imtina etməsi girovlarla bağlı razılaşmanı gecikdirir

 18:24 20.11.2023     217

İsrailin Qəzza üzərində hava qüvvələrinin uçuşlarını dayandırmaqdan imtina etməsi girovlarla bağlı razılaşmanı gecikdirir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dohada danışıqlarda iştirak edən ərəb vasitəçilərinə yaxın Fələstinin Beyrutdakı diplomatik mənbəsi məlumat verib.

“Netanyahu hökuməti razılaşmanın həyata keçiriləcəyi beş günlük müddət ərzində Qəzza zolağı üzərində səmada kəşfiyyat uçuşlarının dayandırılmasına razı deyil”, - mənbə bildirib.

Onun məlumatına görə, indi Amerika tərəfi atəşkəs günlərinin birində uçuşların altı saatlıq dayandırılması təklifini Dohaya təqdim edib. Lakin HƏMAS hələlik belə şərtlərə razılıq verməyib.

NƏRGİZ