Dövlət Departamentinin baş müşaviri Livanla müharibənin qarşısını almaq üçün İsrailə gəldi
ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hoksteyn Livanla müharibənin qarşısını almaq üçün İsrail hakimiyyəti ilə danışıqlar aparmaq məqsədi ilə İsrailə gəlib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Hoksteyn İsrailə Livan və İsrail sərhədində şiə Hizbullah hərəkatı ilə İsrail qüvvələri arasında daha bir gün davam edən toqquşmalardan sonra gəlib. İsrail rəsmisi portala bildirib ki, Hoksteynin İsrailin müdafiə naziri Yoav Qalant, strateji planlaşdırma naziri Ron Dermer, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi ilə görüşü gözlənilir.
Axios yazır ki, Ağ Ev hələlik bu məlumatı təsdiqləməyib.
NƏRGİZ