"İsrail Qəzzada əməliyyatlarını davam etdirəcək"
İsrail Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatı dayandırmaq niyyətində deyil, girovların azad edilməsi üçün hərbi əməliyyatlarda qısa fasilə olsa belə, davam edəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hallar hökumətinin hazırkı üzvü Benni Qantz deyib.
"Girovlarımızı qaytarmaq üçün atəşkəs olsa belə, biz qayıdacağıq və düşmənə var gücümüzlə zərbə vuracağıq. Hazırda kampaniya genişlənir, intensivləşir və dərinləşir", - nazir deyib.
NƏRGİZ