Türkiyədə qasırğa nəticəsində 9 nəfər ÖLDÜ
Noyabrın 18 və 19-da Türkiyədə qasırğa və güclü yağışlar zamanı 9 nəfər həlak olub. Bazar ertəsi xilasedicilər Zonquldak əyaləti sahillərində batan “Kafkametler” yük gəmisinin 12 dənizçisindən birinin cəsədini aşkar ediblər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Dünən demək olar ki, bütün ölkəni əhatə edən leysan yağışları, sel və qasırğa nəticəsində 9 vətəndaşımız həlak olub, 52 nəfər yaralanıb, 11 nəfər itkin düşüb”, – Ərdoğan “X” (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, pis hava şəraitinin nəticələrinin aradan qaldırılmasına fövqəladə hallar departamentinin, sahil mühafizəsinin və digər strukturların 7 min əməkdaşı cəlb olunub, onların səyləri ilə 110 nəfər xilas edilib.
Prezident bildirib ki, batmış yük gəmisindən 11 dənizçinin axtarışı davam edir.
Yusif EYVAZLI