"5-6 sui-qəsd cəhdindən sağ çıxmışam” - Zelenski

 10:47 21.11.2023     203

“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”.

Redaktor.az “İnsayder”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski RF Prezidenti Vladimir Putinin ona sui-qəsd təşkil etdiyindən bəhs edərkən deyib.

“Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVİD kimi asan oldu”, V. Zelenski vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Çin birlikdə Ukrayna ərazisindən çıxmasına dair çağırışı etməyənədək Rusiya hücumu davam etdirəcək.

Ukrayna Prezidenti əlavə edib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin Kreml bu şəraitdən istifadə edib, Balkanda problem yaratmağa çalışacaq”.