NATO Serbiyanın hərbi neytrallığına hörmət edir

 14:23 21.11.2023     222

“Serbiya aydın şəkildə bəyan edib ki, bu ölkə hərbi cəhətdən neytral ölkə olacaq və biz buna hörmət edirik”.

Redaktor.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə keçirdiyi mətbuat brifinqində deyib.

“Serbiya bəyan edib ki, hərbi bloklara qoşulmayacaq və biz buna tamamilə hörmət edirik. Eyni zamanda, hesab edirik ki, neytral ölkə olaraq və bloklara qoşulmadan Serbiya NATO ilə yaxından əməkdaşlıq edə bilər və bundan həm NATO, həm də Serbiya faydalana bilər", - Stoltenberq qeyd edib.