Zelenski Rusiya ilə sülh danışıqlarının aparılmasını RƏDD ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarının aparılması ehtimalını kəskin şəkildə rədd edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “The Sun”a müsahibəsində deyib.
"Hazırda Ukrayna silahlı qüvvələri döyüş meydanında çətin vəziyyətdədir. Rusiya ilə dostluq etmək və ya danışıqlar masasına oturmaq niyyətində deyilik", - Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya indiki mərhələdə münaqişənin bitməsini istəmir, ona görə də biz “nəyin bahasına olursa olsun” sülhə nail olmaqdan danışa bilmərik.
NƏRGİZ