Ermənistan yardım sənədinin KTMT-nin gündəliyindən çıxarılması səbəbini AÇIQLADI
Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan İrəvanın Ermənistana yardımla bağlı sənədin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gündəliyindən çıxarılmasını istəməsinin səbəbini izah edib.
Redaktor.az bu barədə "SputnikArmenia"ya istinadən xəbər verir.
"Bu, dəfələrlə müzakirə olunub. Biz bildirdik ki, KTMT-nin məsuliyyət zonasının haradan başlayıb, harada bitdiyini müəyyənləşdirmək lazımdır. Təəssüf ki, KTMT bununla bağlı sənəddə heç bir şey qeyd etmir. KTMT ilə işləməkdə bu problemlər var".
Bundan əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Ermənistanın təşkilatdakı tərəfdaşlarından yardım haqqında sənədin gündəmdən çıxarılmasını xahiş etdiyini bildirib.
Qeyd edək ki, noyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.
Daha sonra Paşinyan ölkə parlamentində bəyan edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə təhdidlərə lazımi cavab verməyib.
NƏRGİZ